Müğənni Aygün Kazımova prodüser Tolikin xalq artistləri ilə bağlı açıqlamasına cavab verib.
Axşam.az-ın məlumatına görə, o, prodüseri dəstəkləyərək, bu kimi sənətçilərə 25 ildir güldüyünü yazıb:
“Tarikoşam, mən isə 25 ildir bu cəsarətsizlərə gülürəm. Cəsarət üçün insana başqa şey lazımdır”.
Xalq artistinə cavab yazan Tolik isə bunları qeyd edib:
“Diva, həyatda ən ekstrimal vəziyyətlərə bəlkə də sizdən çox düşən olmayıb. Həmişə dostlarınıza görə, özünüzü oda atmısınız. Həmişə də sözü üzlərinə demisiz. Sizə oxşamışam”.
Xatırladaq ki, Tolik bir neçə gün əvvəl bu sözləri yazıb:
“Hətta xalq artistləri də mənə söz atır. Amma adımı çəkməyə cəsarətləri çatmır. Çünki onlar özlərini güclü sayırlarsa, məni özlərindən də güclü bilirlər. Mən danışanda ad çəkirəm, onlar yox... Bəli, nömrə birəm. Sözü olan gəlib üzümə desin, görüm nə deyəcək. Mən işlədiyim müğənninin ayda 20 toyu olur. Sizin isə bir ildə o qədər toyunuz olmur. Yazıqlar olsun”.