Aya ilk astronavt, Marsa ilk qurğu göndərən ABŞ-ın vətəndaşlarının 4/1-biri Yerin günəş ətrafında fırlanmasından xəbərsizdir.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, «Frans press»-in yaydığı xəbərdə bildirilib ki, ABŞ-da 2,2 mindən çox insan arasında aparılan sosioloji sorğu nəticəsində bu nəticə əldə edilib.
Araşdırma Milli elmi fond tərəfindən aparılıb.
Sorğuya fizika və biologiya üzrə 9 başlıca sual daxil edilibmiş. Rəyi soruşulanların yarısından azı (48 faiz) insanların başqa məməlilər tərəfindən əmələ gəldiyini söyləyib.