Amerikalı sahibkarlar gənc ailələrin sağlam, ağıllı və gözəl körpələrə yiyələnməsinin yolunu tapıb.
Lent.az-ın «Russia.ru»-ya istinadən məlumatına görə, sahibkarlar gözəl və təhsilli aktrisa və modellərin yumurta hüceyrələrini alıb, onu gənc cütlüklərə satırlar.
Belə genetik materialın qiyməti 20 min dollardan bahaya başa gəlir.
Bu zərif cinsin nümayəndələri üçün çox ağrılı bir prosedurdur. Onlar ömürləri boyu 6 dəfə bunu edə bilər. Bundan başqa yumurta hüceyrəsi verdikdən sonra onlar həftələrlə hormon içir.
Donor üçün gözəl model və aktrisa axtarılır. Daha çox işsiz gözəllərə üstünlük verilir. Çünki onlar pul məsələsində çox çək-çevir etmirlər. Onların məktəb illərində aldıqları attestata da baxılır.