Almaniyada küçə fahişəliyinə qarşı yeni mübarizə üsulu
21 fevral 2014 06:50 (UTC +04:00)

Almaniyada küçə fahişəliyinə qarşı yeni mübarizə üsulu

Almaniyada Saarbrükken şəhər hakimiyyəti fahişəliklə məşğul olan qadınların fəaliyyət göstərdiyi ərazinin  sahəsini məhdudlaşdırmaq niyyətindədir. Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, əgər əvvəllər onlar ümumi uzunluğu 547 km olan küçədə öz xidmətlərini təklif edirdisə, indi bu məsafə 2,8 km-ə endirilib. Bundan başqa «qədim peşə»nin daşıyıcıları qışda axşam 20.00 -06.00-dək, yayda isə 22.00-dan 06.00-dək «işləyə» bilər.

 

Şəhər rəhbərliyinin bu qərarı yerli sakinlərin çoxsaylı etirazına səbəb olub.

 

Polisin məlumatına əsasən, Saar federal torpağında 800- 1000 arası qadın öz xidmətini təklif edir, onların 150-200-ü küçələrdə «işləyir».

 

Bu qadınların çoxu Bolqarıstan və Rumıniyadan gəlmədir.

 

Saarbrükken şəhərinin başçısı yeni qərarın təsdiqləndikdən sonra bu ilin yazından qüvvəyə minəcək. Polis onun icrasına ciddi nəzarət edəcək.

 

Mənbə qeyd edib ki, Almaniyada küçə fahişəliyinə icazə verilib.

# 1918
avatar

Oxşar yazılar