Alla Puqaçova yenə ayrıldı
28 avqust 2013 10:04 (UTC +04:00)

Alla Puqaçova yenə ayrıldı

Rusiya şou-biznesinin primadonnası Alla Puqaçova  həyat yoldaşı Maksim Qalkindən ayrılıb. 


Axşam. az-ın məlumatına görə, cütlük bir müddətdir ki, ayrı yaşayır. 

Rusiya mətbuatının yaydığı xəbərə görə, evliliyin bitməsinə səbəb Qalkinin xəyanəti olub. 
Maksim və Alla ailə quran gündən hər kəs onların ayrılacağı fikirlərini irəli sürüb. Cütlük arasındakı yaş fərqi heç kəsi bu sevginin gerçək olduğuna inandırmayıb.

Qeyd edək ki, iyunun sonunda müğənni ilə həyat yoldaşı arasında böyük qalmaqal yaranıb. Buna səbəb isə yenə də Maksimin xəyanəti olub. Alla etiraf etmişdi ki, bu, onun həyatındakı ən böyük məyusluq idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1790
avatar

Oxşar yazılar