ABŞ şirkəti rusiyalı uşaqlar arasında bircinsli intim əlaqəni («gey») təbliğ etmək üçün yeni üsul fikirləşib.
Lent.az-ın «http://www.kp.ru/daily/»-a istinadən məlumatına görə, ABŞ-la keçmiş SSRİ arasında «soyuq savaş» illərində bu, «ideoloji diversiya» adlanırdı.
Amerikanın antiqomofob (geyliyi sevməyənlərə qarşı) oyuncaqlar üzrə («antiqomofob suvenir məhsullar») ixtisaslaşan «FCKH8.com» şirkəti uşaqlar üçün nəzərdə tutulan məhsullar buraxıb.
Soçi qış olimpiadası qabağı şirkət 10 min rənglənən-kitabça hazırlayıb. Bunu onlar Moskva və Soçidə pulsuz yaymağı planlaşdırıb.
Təbliğat materialı «Mişa anası ilə olimpiadaya gedir» adlanır. Mişanın anası Rusiya paytaxtında iki lesbiyanla birlikdə yaşayır. Soçidə o, iki gey «ata» ilə ora gəlmiş fransız rəfiqə tapır. Uşaqlar bu idmançı «kişilərin» və «qadınların» biri-biri ilə ehtiraslı öpüşmələrinə heyranlıqla baxır.
Onların Rusiya polisindən qorxması da vurğulanıb. Hüquq-mühafizə orqanları bu təbəqədən uşaqları alır.
Kitabın sonunda Mişanın anası oğluna «mənəvi dərs» verir və həmcinslilərin başqa ölkədə yaşadığı kimi Rusiyada da əmin yaşamasından danışır.
Bunun ardınca cinsi azlıqların hüququndan söz açılır.
«Kitabdakı» mətnlər ingilis və rus dillərindədir. Bununla yanaşı uşaqların rəngləməsi üçün mətnlə uyğun şəkillər də verilib.
Şirkətin başçısı Lük Montqomeri bildirib ki, Rusiyada belə bir təbliğatın aparılması yasaqdır: «Rusiyalı uşaqlar da bilməlidir ki, gey olmaq normal haldır. İnsanları ailədə geyin olmasının anormallığından qurtarmaq lazımdır. Bu insan haqlarına basqın və insanların olimpiya ruhunun məhv edilməsi deməkdir…».