2 minə yaxın zəhərləndirilmiş siçan vertolyotla Quam adasına atılıb.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bioloqlar bu yolla adadakı zəhərli ilanlara qarşı mübarizə aparır.
Mənbə bildirib ki, həmin ilanlar ada sakinləri və bəzək quşlarına, habelə oradakı elektrik şəbəkəsinə ziyan vurur.
Ağaca düşməsi üçün hər siçan xüsusi paraşütə bərkidilib. İlan onları ağacda görüb, bu tələyə düşəcək.
Amerikalı hərbçilər qeyd edib ki, bu əməliyyat başqa heyvanlar dəyəcək ziyanı minimuma endirir.