Gələn ilin əvvəlindən ABŞ-da vaxtı keçmiş ərzaq mallarının satışı dükanı açılacaq.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bunun təşəbbüskarı Duq Rauxdur.
Onun qənaətincə, azından vaxtı ötmüş 5 ərzaq məhsulunu yemək olar. Bura qarğıdalı çipsisi, şokolad, yumurta, qatıq (yoğurt) və süd daxildir.
Statistikaya əsasən, təkcə ABŞ-da hər il ərzaq mallarının 40 faizi vaxtı ötmüş adı ilə atılır.
Bəzi mütəxəssislər hesab edir ki,qabda göstərilən vaxtdan sonra həmin qida sadəcə olar, dadını itirir.
Təhlilçilərin fikrincə, dünyada ərzaq qıtlığı və tullantısının qarşısını bu yolla almağa səy göstərilə bilər.