Nadir Abbasın cavabını verdi: “Sizin ağız büzdüyünüz...”
02 dekabr 2013 10:27 (UTC +04:00)

Nadir Abbasın cavabını verdi: “Sizin ağız büzdüyünüz...”

 

Əməkdar artist Abbas Bağırov həmkarı Nadir Qafarzadənin “Maral” mahnısını bəyənmədiyini kəskin şəkildə bildirib. Abbas “ATV Maqazin”ə müsahibəsində gündəmdə olan mahnıların əksəriyyətinin bayağı olduğunu deyib: “Qapı, pəncərə haqqında oxuyanlar azmış kimi, indi də heyvanlardan mahnı oxuyurlar. Bir o qalıb ki, qurd, soxulcan haqqında da oxusunlar. Tamaşaçıları da qınamaq olmaz, çünki onlara təsir edənlər də elə bu bayağı mahnıların ifaçılarıdır. Bu mahnıları ifa etməklə özlərini sənətkar kimi qələmə verirlər. Nadirə böyük hörmətim var, amma hər kəsin öz zövqü var”.

 

Nadirin də bu məsləyə cavabı gecikməyib. O, haqqında gəzən söz-söhbətlərin yalnız paxıllıqdan irəli gəldiyini deyib.

 

“Azərbaycanın musiqi tarixində elə bir mahnı olmayıb ki,  5 milyon dinləyicisi olsun. Sizin ağız büzdüyünü mahnını Ukraynada, Rusiyada, Türkiyədə, o cümlədən, Azərbaycanda dinləyib, rəqs edirlər. Gəlin siz də oxuyun, mən də.  Sizin primitiv  adlandırdığınız mahnının 6 ay ərzində yığdığı səsi,  siz 10 il ərzində yığa bilməzdiniz. “Maral”ı oxuyan oğlan sənətkardır. Hələ heç bir bəstəkar bunu edə bilməmişdi, mən etdim”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1679

Oxşar yazılar