Axşam.az-ın məlumatına görə, müğənni Elton və meyxanaçı Vüqarın solo konsertləri təxirə salınıb.
Müxbirimizlə söhbətində xəbəri təsdiqləyən Nahid Emiloğlu deyib ki, bu qərar sənətçilərlə birlikdə verilib:
“Elton və Vüqarın konsertini təxirə saldım. Sənətçilərlə ortaq razılığımız oldu və belə bir nəticəyə gəldik. Aramızda heç bir problem, inciklik yoxdur. Biletlərin satılmadığı üçün konsertin təxirə salındığı deyilir. Bu, yalandır. Bütün konsertlərdə belə problemlər olur. Hətta əcnəbi müğənni gələndə də bilet satılmadığı bildirilir. Günay İbrahimli, Fərda, “Natiq” ritm qrupu və Nadir Qafarzadənin konsertləri isə əvvəlcədən açıqladığımız tarixdə “Yaşıl Teatr”da baş tutacaq”.
Müğənni Eltonun prodüseri Anar Mədətov hazırda xaricdə olduqlarını və Bakıya gəldikdən sonra mövzuyla bağlı ətraflı açıqlama verəcəklərini deyib.
Meyxanaçı Vüqar isə bu xəbərə çox üzülüb:
“Konsertin niyə təxirə düşdüyünü bilmirəm. Mənə xəbər etdilər ki, proqram baş tutmayacaq. Əsl səbəbin nə olduğunu bilmirəm. Xeyli müddətdir ki, bu konsertə hazırlaşırdım, musiqiçiləri toydan ayırmışdım. Əslində mən yayın sonunda konsert etməyi düşünürdüm. Amma Nahid təklif etdi, mən də razılaşdım.
Eşitdim ki, deyib, havalar pisləşəcək və bu səbəbdən təxirə düşüb. Bəziləri isə biletlərin satılmadığı üçün belə bir addımın atıldığını iddia edir. Amma bir çox dostum artıq bilet almışdı. Kassadan xəbərim yoxdur. Mən bu işlə maraqlanmıram. Hazırda insanların çoxu istirahətdədir. Ola bilsin ki, biletlər satılmır. Buna baxmayaraq, mən özüm sentyabrın sonunda Rəşid Behbudov adına Mahnı Teatrında konsert verəcəyəm”.
Xatırladaq ki, bunadək müğənni Sevda Yahyayeva Nahid Emiloğlunun təşkilatçılığı ilə konsert verməkdən imtina edib. Sənətçinin prodüseri Tolik deyib ki, sentyabrın 21-də “Yaşıl Teatr”da müğənninin konsertini özü həyata keçirəcək.

Şou-biznesdə konsert qalmaqalı başladı
Oxşar yazılar

Öldürüldüyü deyilən müğənni sağ imiş - Rəfiqəsi açıqladı - YENİLƏNİB
5 iyul 2025 , 21:06
Bred Pitt peşmandır: "Colini sevirdim, böyük səhvlər etdim"
5 iyul 2025 , 18:19
Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır
5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan sənətçilər
5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01
Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO
3 iyul 2025 , 16:17