Azərbaycanda keçirilməsi nəzərdə tutulan "Miss Eurovision" beynəlxalq gözəllik yarışmasının seçim turu fevralın 28-də paytaxtımızda olacaq. Bunu Lent.az- layihənin təşkilatçısı Aqil Məmiyev deyib. Təşkilatçı bildirib ki, iştirakçıları müğənni Zamiq Hüseynov , telaparıcı Nərgiz Cəlilova, Turan İşıqlı (Türkiyədən rəsmi nümayəndə), müğənni Nura Suri, aparıcı Şəhriyar Əbilov, aktrisa Hüsniyyə Mürvətova , model Oksana Rzayeva, Mübariz Allahverdizadə və Aqil Məmiyevdən ibarət münsiflər heyəti seçəcək.
Qeyd edək ki, müsabiqənin seçim turları “ATV”-də, final həm də Türkiyənin Kral TV telekanalı tərəfindən yayımlanacaq.