"Kişilikdən danışma, paxırını açsam, çölə çıxa bilməzsən" - <span style="color:red;">Aqşini HƏDƏLƏDİ
14 oktyabr 2019 11:49 (UTC +04:00)

"Kişilikdən danışma, paxırını açsam, çölə çıxa bilməzsən" - Aqşini HƏDƏLƏDİ

Müğənni Kərim Abbasov meyxanaçı Aqşin Fateh barəsində qalmaqallı fikirlər səsləndirib.

Lent.az-ın məlumatına görə, ifaçı “Tolik ilə səmimi” layihəsində söz ustasını hədələyib. O, bildirib ki, Aqşin bundan sonra artıq-əskik kəlmələr işlətsə, onun paxırlarını açacaq:

“Mən 25 ildir toylarda, 19 ildir peşəkar səhnədəyəm. Getdiyim məclislərdə meyxanaçılardan Namiq Qaraçuxurludan tutmuş Pərviz Bülbülə ilə rastlaşmışam. Ancaq heç birində Aqşin Fateh adlı adam görməmişəm. Mən onu müğənni Aynur Dadaşovanın sayəsində tanımışam. Aynurla oxuduğu duetdən sonra tanıdım.

“Maşın” şouya gedəndə içimdə belə bir hiss var idi ki, səs verməyə çıxsam, birinci onu çıxaracam. Bakı balaca şəhərdir. Heç kəs oturub namusdan-qeyrətdən danışmasın. Hərənin öz namusu özünə bəs eləyir. Onun 4 dənə balası var. Aqşin, sənin əlindən çox pis yanıqlıyam. Əgər istəmirsənsə sənin bütün kartlarını açım və sənin balaların məktəbə gedəndə bu kəlmələrdən utanmasın... Hələ ki səndən xahiş edirəm. Dilini sakit saxla, mən sənin paxırını açsam, evdən çölə çıxa bilməyəcəksən. Sən də bilirsən ki, mən söz gəldisə, deyirəm. Sözün ardını düşünmürəm. Faktla sənin ayıbını açsam, gərək sən heç nə danışmayasan. Bəsdir, kişilikdən danışdın. Kişilik kostyumla ölçülmür. Kişilik geyimlə deyil, bu mənim tərzimdir, səhnə adamıyam. Mən estrada müğənnisiyəm”.

Qeyd edək ki, K.Abbasovla A.Fateh arasında qalmaqal “Maşın” şoudan başlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1647
avatar

Yalçın UĞUR

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07