Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin sənət komissiyası rejissor Yılmaz Ərdoğanın “Kəpənəyin röyası” ("Kelebeğin Rüyası") filmini “Oskar” mükafatına namizəd göstərəcək.
Mədəniyyət və turizm naziri Ömər Çelik də ekran əsərinin nüfuzlu komissiya üzvləri tərəfindən 86-cı “Oskar” mükafatına namizəd seçildiyini bildirmişdir.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, ssenari müəllifi Yılmaz Ərdoğan olan film bu ilin fevralından həm Türkiyədə, həm də Avropa və Orta Şərq ölkələrində göstərilməyə başlanılıb.
“Kəpənəyin röyası”nda hadisələr 1940-cı illər Türkiyəsində baş verir.