"Gangnam Style" mahnısının gizli məqamları
21 yanvar 2013 10:58 (UTC +04:00)

"Gangnam Style" mahnısının gizli məqamları

Cənubi koreyalı müğənni PSY-nin ifa etdiyi dünyaca məşhur "Gangnam Style" mahnısının gizli məqamları məlum olub. Lent.az-ın məlumatına görə, hər kəsin sevərək dinlədiyi bu mahnıda ifa olunan rəqsin böyük bir tarixi var imiş. Belə ki, sosial şəbəkələrdə dinləmə sayına görə rekord vuran bu mahnı ilə əlaqədar bir çox iddia ortaya atılıb. Bildirilir ki, burada göstərilən rəqs nümunəsi əslində Qədim Çində uşaqlın qurban verilmə mərasimlərində icra olunub. Bu rəqs koreyalılar, yaponlar və vyetnamlılar tərəfindən də illər uzunu həyata keçirilib. Qədim Çində satanistlər xüsusi bir ritual həyata keçirərək şeytana qurban təqdim edirlərmiş. Bunun üçün şeytana qulluq edənlər azyaşlıları ayaqları altına ataraq üstündə "Gangnam Style" mahnısında olduğu kimi rəqs edərmişlər. Körpə dünyasını dəyişdikdə isə rəqs bitərmiş.

 

 

 

# 2214
avatar

Oxşar yazılar