"Eurovision"da qələbə qazanan saqallı qadın əvvəllər belə olub
11 may 2014 11:53 (UTC +04:00)

"Eurovision"da qələbə qazanan saqallı qadın əvvəllər belə olub

Danimarkanın paytaxı Kopenhagendə keçirilən 59-cu "Eurovision" mahnı müsabiqəsi başa çatdı və "mavi"lərin qələbəsi kimi tarixə düşdü. Lent.az-ın məlumatına görə, qalib avstriyalı transseksual müğənni Konçita Vurstun ifa etdiyi "Rise Like a Phoenix" ( Simurq quşu kimi yüksəl) mahnısı 290 balla birinciliyi qazandı. 

"Saqqallı xanım" kimi tanınan müğənni Konçita Vurst (Conchita Wurst) daha əvvəl kişi musiqi qrupunun lideri Tom Noyvirt (Tom Neuwirth) kimi tanınıb. Sonralar isə özünə Konçita Vurst səhnə adı götürüb və saqqal buraxıb.


Tom Noyvirt 6 noyabr 1988-ci ildə Avstriyanın Qmunden şəhərində doğulub. Hazırda Vyanada yaşayan 26 yaşlı Konçita, yəni Tom uşaq yaşlarından "Eurovision"un fanatı olduğunu deyib. 

O, 2006-cı ildə pop ifaçıların yarışına qatılıb və ikinci yeri tutub. 2007-ci ildə pop-rok "Jetzt anders" kişi qrupunu yaradıb. Bu qrupun fəaliyyəti bir neçə ay davam edib. Bundan başqa gənc müğənni 2011-ci ildə Moda məktəbini bitirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7822
avatar

Oxşar yazılar