2014-cü ildə Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatında İran yığması da iştirak edəcək.
Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, Braziliyadan canlı yayımlanan püşk atmaya ölkə əhalisi tam izləyə bilməyib. Buna səbəb braziliyalı model Fernanda Limanın dekoltesi olub. Püşkatma zamanı rəsmi Tehranın TV məsulları yayımı dayandırıb. Bu da iranlıların püşkatmanı canlı izləməsinə mane olub.
Baş verənlərdən rahatsız olan İran TV-sinin aparıcısı çarəsiz halda deyib: «Texniki səbəbdən canlı yayımda problem yaranıb. Yayımı bərpa etmək üçün həmkarlarımızı çalışır. Ancaq vəziyyətin nə yerdə olduğunu bilirsiniz».
Püşkatmanı izləyən bilməyən iranlı futbol həvəskarları acılarını Limanın «facebook» səhifəsindən çıxıblar. «Sənin üzündən püşkatman izləyə bilmədik»-deyə, Limaya bu sayaq fikrilər yazıblar.
Vəziyyətin belə olduğunu görən bir qrup iranlı isə həmvətənlərinin yazdıqları aşağılayıcı ifadələr görə, Limadan üzr istəyib.
Dekolte ucbatından püşkatmanı izləyə bilməyən iranlılar verilişin sonunda komandalarının Argentina, Bosniya – Hersoqovina və Nigeriya ilə «F» qrupuna düşdüyünü öyrəniblər.