<b>Qırmızı xalı üzərinə kimlər çıxdı</b> - <span style="color:red;"><b>“Jara-2018”-də</b>
27 iyul 2018 22:20 (UTC +04:00)

Qırmızı xalı üzərinə kimlər çıxdı - “Jara-2018”-də

İyulun 27-də - “Jara-2018” Beynəlxalq Musiqi Festivalının ikinci günündə iştirakçılar qırmızı xalının üzərindən keçiblər.

 

APA-nın məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva festivalın fəxri qonaqlarının arasında olub.

 

Əvvəlcə Xalq Artisti Emin Ağalarov və övladı qırmızı xalının üzərindən keçiblər. Bəstəkar və müğənni Emin Ağalarov “Jara-2018”in də iştirakçılar və tamaşaçılar üçün yaddaqalan olacağını vurğulayıb. Qeyd edib ki, tamaşaçıların festivala marağı ifaçıları ilhamlandırır. Mən hamıya xoş anlar arzu edirəm.

 

Tədbirin aparıcısı qırmızı xalının üzərindən keçən Leyla Əliyevanı festivalın muzası kimi təqdim edərək, onda bu qədər müsbət emosiyanın olmasına heyran qaldığını bildirib.

 

Leyla Əliyeva deyib: “Özümü çox xoşbəxt hesab edirəm. Sizinlə ünsiyyətdə olanda daha çox sevinirəm. Zənnimcə, siz işinizi ideal səviyyədə yerinə yetirirsiniz. Dünən çox gözəl idi. Əminəm ki, bu gün də belə olacaq. Hamıya gözəl axşam və cansağlığı arzu edirəm”.

 

Qırmızı xalıdan Sergey Kojevnikov ailəsi ilə, eləcə də Qriqori Leps, The Jigits qrupu, Sevda Ələkbərzadə, Soqdiana, Stas Pyexa, Darya Antonyuk, Kristina Orbakayte, Filip Kirkorov, Valeriya, Araz Ağalarov, həyat yoldaşı, qızı və digərləri keçiblər.

 

Festivalın təşkilatçılarından olan Azərbaycanın Xalq Artisti Emin Ağalarov bu gün Leonid Aqutinin, Vladimir Presnyakovun və Valeriyanın yubiley gecələrinin keçiriləcəyini bildirib.

 

Qırmızı xalı üzərindən keçən ifaçılar Bakı və festival haqqında təəssüratlarını bölüşüb, yaradıcılıq yeniliklərindən söz açıblar.

 

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 584
avatar

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07