Xalq artisti İlhamə Quliyevanın Nadir Qafarzadəyə “Nadir Şah” titulunu verməsi cavabsız qalmayıb. Lent.az-ın məlumatına görə, N. Qafarzadə “ATV”-nin “10-lar” verilişində həmkarının ünvanına xoş təriflər yağdırıb: “Kraliçanın yanında əyləşmək mənim üçün bir şərəfdir. Onun kimi sənətkarları efirdə görəndə təəccüblənirdik. İlhamə xanım mənim ünvanıma təriflər deyir, daha ölüb getsəm də, adım tarixə yazılıb”.
Qeyd edək ki, İ. Quliyeva N. Qafarzadədən söz açarkən, bu sözləri bildirmişdi: “Aramızda kiçik bir anlaşmazlıq olmuşdu. Nadir yaxşı oğul, ailə başçısı, ifaçıdır. Onun özünü də, sənətini də çox sevirəm. O oxuyanda mən yaşayıram. O ki qaldı titul məsələsinə, “Şah” titulunu Vasifə vermişəm. Qafarzadə isə “Nadir Şahdır”.