Müğənni Mətanət Əsədova keçmiş həyat yoldaşından danışıb. Lent.az-ın məlumatına görə, o, “Səhə-səhər” verilişində bildirib ki, boşandığı şəxs ona yersiz qadağalar qoyurmuş: “Bilirsiniz, kişi kişi xarakterli olar. Sözünün hökmü olar. O vaxt anamın sözünə qulaq asmadığına görə mənə deyirdi, qarşına elə kişi çıxsın ki, onun yanında səsini çıxara bilməyəsən. Mən də deyirdim ki, kaş olsun. Desə oxuma, heç oxumaram. Mən nə istəyirəm ki?! Amma keçmiş həyat yoldaşımın qısqanclığı bilinmirdi. Deyirdim, başa düşürəm ki, kişi xeylağısan, sənin xanımın gedir 1000 insanın içində oxuyur, sən də paylaşa bilmirsən. Onun da maddi durumu ona imkan vermirdi ki, evdə oturam. Bu insan mənə çatmırdı. Bilmirdim ki, məni qısqanır, yoxsa yox. Mən ona deyirdim ki, içində mənə qarşı şübhə yaranar, gəl hər yerə birlikdə gedək, nömrəmi də dəyiş. Bir sözlə dedim ki, sən hansı mahnını çalsan, onda da oynayaram. Çünki mən ailəni çox isəyirəm”.
Qeyd edək ki, M.Əsədova bir müddət öncə Lent.az-a açıqlamasında bildirmişdi ki, keçmiş həyat yoldaşı ondan boşanandan sonra ailə qurub və övladı var.