Xalq artisti İlhamə Quliyeva yeniliklərindən söz açıb. Müğənni artıq səhhətinin yaxşılaşdığını və yaradıcılıq işləri ilə məşğul olmağa başladığını bildirib:
“Hər insan mütləq ildə bir dəfə özünə belə istirahət verməlidir. Bir ay xəstəxanada müayinə olundum, yaxşıca dincəldim. Hamının diqqətinə çatdırım ki, mən xəstə deyildim, sadəcə, lüks şəraitdə istirahət edirdim. Kardioloqum Rəşad həkimin təkidi ilə xəstəxanaya yatırıldım. Telefonumu bağlayıb, hər şeydən uzaqlaşmışdım. Sənət dostlarım sağ olsunlar, məni orada da tək qoymadılar, tez-tez ziyarətimə gəlirdilər. İndi işimin başına qayıtmışam”.
İ. Quliyeva həmçinin maraqlı layihə üzərində çalışdığını söyləyib:
“Bu haqda Cavanşir Məmmədov məlumat verib. Çox ağır bir yükün altına girmişəm. Bir çox sənət adamını bir arada görəcəksiniz".
axsam.az