Əməkdar artist Ədalət Şükürova yeni vəzifə verilib.
Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, müğənni Kikboksinq Federasiyası tərəfindən Sumqayıt Regional Klubunun prezidenti təyin edilib.
İfaçı əməkdaşımızla söhbətində bildirib ki, vəsiqəsini bu gün alıb:
“Məsələdən dünən xəbər tutdum, vəsiqəmi bu gün aldım. Məqsəd idman sahəsində irəliləyişlər etməkdir. Rayonları gəzib orada kikboksinqlə maraqlanan gəncləri toplayacağıq. Bizim bölgələrdə o qədər güclü uşaqlarımız var ki... Onları ortaya çıxardıb, hazırlayıb, böyük yarışlara göndərəcəyik”