Ərə gedən Aygün Bayramova sevdiyi şəxsdən danışdı: <span style="color:red;">"Özümə layiq insandır"
12 may 2017 12:54 (UTC +04:00)

Ərə gedən Aygün Bayramova sevdiyi şəxsdən danışdı: "Özümə layiq insandır"

 

Xalq artisti Aygün Bayramova toy xəbərindən danışıb: “Bilirəm ki, məni sevənlər də bu xəbərə sevinir. Ailə quracağım şəxs iş adamıdır. Amma musiqi ilə də bağlılığı var. Gözəl ud ifa etməyi bacarır. Bir-birimizi çoxdan tanıyırdıq, deməli, qismət deyilən bir şey varmış. Mən yaradıcı insanam, sevməsəm ailə qurmaram. Sevdim. Özümə layiq insandır. Ən əsası yaxşı adamdır. Toya media buraxılmayacaq, qapalı olacaq. Çünki mən şəxsi həyatımı gündəmə gətirən sənətçi deyiləm. Bu, mənim toyumdursa, özümə aiddir, bir də yaxınlarıma”. (Yenicag.az)

**

12:48

Xalq artisti Aygün Bayramova subaylığın daşını atmaq niyyətindədir. Lent.az-ın əldə etdiyi məlumata görə, 49 yaşlı muğam ifaçısının mayın 23-də paytaxtın məşhur otellərinin birində toyu olacaq. Xalq artisti adını gizli saxladığı tanınmış iş adamı ilə nikaha girəcək. O, bu özəl gününü mediadan gizlətməyə çalışıb. İfaçının özəl gününə ölkənin müxtəlif sahəsinin say-seçmə adamları, xalq, əməkdar artistləri və şou-biznesin bir çox tanınmış simaları dəvət olunub.

 

Məlumatı dəqiqləşdirmək üçün xalq artisti ilə əlaqə saxladıq. O, toy xəbərini təkzib eləmədi. 

 

Qeyd edək ki, bu A.Bayramovanın ilk evliliyidir. Xalq artisti 1967-ci il avqustun 4-də Ağdam rayonunda anadan olub. 2003-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 270
avatar

Yalçın UĞUR

Oxşar yazılar