«Transforemlər» filmi çəkilərkən rejissoru döyüblər
17 oktyabr 2013 04:50 (UTC +04:00)

«Transforemlər» filmi çəkilərkən rejissoru döyüblər

Hollivudun kinorejissoru Maykl Bey oktyabrın 17-də «Transformerlər» filminin Honkonqda çəkilişi zamanı hücuma məruz qalıb. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, basqın nəticəsində o, xəsarət alıb.

 

Yerli polis bildirib ki, hücum edən iki qardaş həbs olunub. Məlumata əsasən, onlar çəkiliş meydançasına gələrək, bir rejissordan pul istəyib, o biri isə Maykl Beyin üzün zərbə endirib.

 

Olayın baş vermə səbəbi hələ bilinmir. Münaqişə bitəndən sonra filmin çəkilişi davam edib.

 

Hadisə məşhur fantastik döyüş filminin ardı çəkilərkən baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 527

Oxşar yazılar