Çinin Quandun əyalətinin «seks paytaxtı» Dunquan şəhəri merinin müavini Yan Syaokan, eləcə də şəhərin polis rəisi tutduqları vəzifədən azad edilib.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, xəbəri «Frans press» yayıb.
Onların vəzifədən çıxarılmasına səbəb kimi məmurların vəzifələrinin öhdəsindən gələ bilmədikləri üçün Dunquanda «fahişəliyin çiçəklənməsi» göstərilib.
«Syaokanının uzun müddət seks ticarəti ilə məşğul olması cinayətdir. Bu isə Şəhərin nüfuzunda öz əksini tapıb»-deyə, Quandun əyaləti Kommunist Partiyasının komitəsi bəyan edib.