Fevralın 5-də xarici KİV-də ABŞ-ın keçmiş prezidenti Bill Klintonun britaniyalı aktrisa və model Yelizabet Herli ilə intim münasibət olduğuna dair sensasiyalı məqalə dərc edilib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, Herlinin kişi dostu Tom Sayzmor onları tanışı edib. Klintonla britaniyalı modelin intim münasibəti bir il sürüb.
Y.Herli bu xəbərin «ağ yalan» olduğunu bildirib.
Mənbənin məlumatına görə, 1998-ci ildə Monika Levinski ilə münasibətlərinə dair qalmaqalın qızğın vaxtı o, aktyor Tom Sayzmordan britaniyalı Y.Herlinin telefon nömrəsini istəyib.
«Sən Liz Herli ilə 4 il görüşəcəksən? Sən onunla görüşürsən? Axmaq, mən ABŞ-ın baş komandanıyam, onun lənətə gəlmiş telefon nömrəsini ver!»- deyə, Klintonla aralarıında olan danışığı Sayzmor açıqlayıb.
Sayzmor Klintonun Yelizabeta ilk söhbətindən də danışıb: «Dinlə, Yelizabet, mən prezidentəm. Vaxtım çox azdır. Dünyanın nüvə savaşı astanasında saxlayıb, sənə təyyarə yollayıram».
Aktyorun sözlərinə görə, Klinton onun Yelzabeta üçün şəxsi təyyarəsini göndərib.
Sayzmor deyib ki, Klinton Herliyə vurulduğunu və münasibətlərin çərçivələri aşdığını hiss ondan edəndə ayrılıb.
Yelzabet Herli 1965-ci il iyunun 10-da İngiltərənin Hempşire şəhərində məmur və məktəb müəllimi ailəsində anadan olub.
Bir çox filmə çəkilib. Onlardan biri «Korşalmış arzular» komediyasıdır. Bu filmdə o, şeytan rolunu oynayıb.
2007-ci ildə Yelizabet Herli hindistanlı milyonçu Arun Nayara ərə gedib. 3 ildən sonra ondan boşanıb.