Dekabrın 19-da «Femen» hərəkatının fəalı İnna Şevçenko katolik kilsəsinin abortu yasaqlamasına etiraz olaraq, Vatikanda Müqəddəs Pyotr meydanı yaxınlığında sinəsini açıb.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, «Mövlud təxirə salınır!» şüarı ilə fəal meydana girməyə cəhd edib. Onun qarşısını yerli polis alıb.
Asayiş keşikçiləri onu dövrəyə alaraq, jurnalistlərin bu olayı qeydə almasını əngəlləyiblər.
Mənbə xatırladıb ki, «Femen» fəalları Roma papası Fransiskanın seçkisi zamanı da daxil olmaqla bu meydanda artıq bir dəfə aksiya keçirməyə cəhd göstərib.