Açıldığı gündən sürətlə böyüyən, hətta dünyanı dəyişən «Facebook»-un «ölüm günü» tacxiri bəlli olub.
Lent.az-ın türkiyə KİV-ə istinadən məlumatına görə, illik 4,27 milyard dollarlıq gəlirlə şəbəkənin yaradıcısı Mark Zukerbergi dünyanın ən gənc milyarderi edən «Facebook»un da sonunun gəldiyi bildirilib.
Son zamanlar şəbəkə ilə bağlı yazılan hesabatların bunu təsdiqlədiyi vurğulanır.
Həmin hesabatlara əsasən, 2010-cu ildən bəri «Facebook»-u 11 milyon gənc tərk edib.
2015- 2017-ci illər arasında isə o, üzvlərinin 80 faizini itirəcək.
2008-2012-ci illərdə istifadəçi sayı böyük sürətlə artdığı halda, 2014-cü ildə onun üzvlərinin azaldığı müşahidə edilir.
Beləliklə, aparılan araşdırmalara görə, 2020-ci ildə «Facebook»un sonu olacaq.