Xalq artisti Aygün Kazımova gənc ifaçı Günay İbrahimlinin “Yaşıl Teatr”da baş tutan konsertinə dəvət olunsa da, qatıla bilməyib.
Axşam.az saytına açıqlamasında Aygün Kazımova deyib ki, həmin ərəfədə xaricdə səfərdə olduğu üçün tədbirdə iştirak etməyib.
Onun sözlərinə görə, konsertdən öncə Günay İbrahimliyə zəng vuraraq ürək-dirək verib.
“Konsert ərəfəsində vətəni tərk etməli oldum. Amma hava limanında Günaya zəng edib, həyəcanlanmamasını, hər şeyin yaxşı olacağını dedim. Onun şəkillərinə baxdım. Geyimləri çox xoşuma gəldi. İlk növbədə bu geyimləri hazırlayan modelyerə çox “sağ ol” deyirəm. Azərbaycan şou-biznesində ən iddialı, açıq-saçıq libasları hər zaman mən geyinmişəm. Bu cəsarəti yalnız özümdə görürdüm. Məndən sonra isə bu geyimlərin yaraşdığı ikinci müğənni Günay İbrahimli oldu. Onun cəsarətini alqışlayıram. Məsləhət görərdim ki, indən sonra da bu imicdə qalsın. Çünki Günaya çox yaraşır” – deyə Aygün Kazımova bildirib.
Qeyd edək ki, G.İbrahimlinin konsertində geyindiyi açıq-saçıq libasları müğənni Zamiqin prodüseri, stilist Elnur Həsənov hazırlayıb.