“Dihaj” Bakının mərkəzində pulsuz konsert verdi
20 avqust 2017 15:48 (UTC +04:00)

“Dihaj” Bakının mərkəzində pulsuz konsert verdi

Avqustun 19-da Heydər Əliyev Mərkəzinin parkında "Dihaj" qrupunun konserti keçirilib.

 

Heydər Əliyev Mərkəzindən APA-ya verilən məlumata görə, qrup tamaşaçılara yeni albomundan mahnılar təqdim edib.

 

“Dihaj”ın özünəməxsus, maraqlı ifası alqışlarla qarşılanıb. Sonda qrupun solisti Diana Hacıyeva tamaşaçıların istəyi ilə sevilən “Gecələr” mahnısını ifa edib.

 

Mərkəzin parkındakı həftəsonu tədbirlərinə giriş sərbəstdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 440
avatar

APA Baycan

Oxşar yazılar