Türkiyənin tanınmış müğənnisi Murat Kekilli xəstəxanaya yerləşdirilib.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, “Bu akşam ölürüm” mahnısı ilə məşhurlaşan Murat Kekilli belindəki ağrıların artması səbəbindən ayağa qalxmaqda çətinlik çəkməyə başladığı üçün dostları tərəfindən Haseki Dövlət Xəstəxanasına aparılıb.
Müğənninin müalicəsinə başlanılıb.