“Böyük Səhnə” vokal layihəsinin aparıcıları məlum olub. Lent.az-ın məlumatına görə, yarışmaya Hüsniyə Məhərrəmova və Tural Əsədov aparıcılıq edəcəklər.
Xatırladaq ki, “Böyük Səhnə” layihəsi İctimai Televiziyada bazar ertəsindən etibarən yayımlanacaq, yanvarın 27, 28, 29, 30 və 31-i, saat 21:30-da efirə gedəcək.
Qeyd edək ki, qalib gələn ölkəmizi mayın 6-10- da Danimarkada keçiriləcək “Eurovision 2014” yaraşmasında təmsil edəcək.