Bu gün Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova (Azəri Günel) Bakıya gəlib. Elə bu saatlarda onun gəldiyi təyyarə Heydər Əliyev adına Hava Limanına enib. Günel qardaşı Tunarla bir yerdədir. İki gün sonra isə onun nişanlısı İnanc Basayme də paytaxtımıza təşrif buyuracaq.
Lent.az-ın məlumatına görə, müğənni Yeni ili paytaxtda keçirəcək, bayramı ailə üzvləri ilə qeyd edəcək və restoranların birində konsert verəcək.
O da ehtimal olunur ki, Günel Bakıda şou-biznesin məşhur simalarından biri ilə iş birliyinə başlayacaq. O simanın kimliyi yaxında bəlli olacaq.