Zaurun verilişində şok yaşandı
12 yanvar 2013 01:43 (UTC +04:00)

Zaurun verilişində şok yaşandı

ATV-də yayımlanan ”Tanıdım Səni-2” verilişinin canlı yayımında problem yaşanıb. Lent.az-ın məlumatına görə, veriliş zamanı öz bacarığını göstərək “Tok insan” kimi tanınan Azər Kazımovun halı pisləşib. O, elektrik naqillərini başına qoşmaqla  studiyanın lampalarını yandırıb-söndürüb. Lakin bu zaman Azərin səhhətində problem ya ranıb. Studiyaya təcili tibbi yardım çağırılıb.  Azərin valideyinləri də həyacanlandıqları üçün halı pisləşib. Digər iştirakçılar arasında təşviş yarandığı üçün zaldan çıxarıblar. Bir müddət sonra isə canlı yayım davam etdirilib.


Qeyd edək ki, verilişdə VI hissi qüvvətli olan Məryəm Bağırova (Sumqayıt), qeyri-adi səsə malik olan Hürü Məmmədova və Mehdi Məmmədov (Ağcabədi), Cahangir Əliyev (Lerik rayonu), Murad Kərimzadə(Tərtər) və Elbəy Etibarlı (Qobustan) kimi ifaçılar, Kənan Cəfərov (Neftçala) və Minayə Şirinova (Ağcabədi) kimi musiqiçilər, Qusardan seçilən rəqqaslar, Biləsuvardan seçilən idmançılar və digər iştirakçılar çıxış ediblər.

Zaur Baxşəliyev və əməkdar artist Elza Seyidcahan layihə boyu Azərbaycanın 22 şəhər və rayonunda, müxtəlif bölgələrdə çəkilişlər edib, yaradıcı insanları axtarıb, onların istedadları ilə tanış olublar. Sonra həmin iştirakçılar Bakıya dəvət olunub. Onlar tanınmış sənətkar-münsiflərin qarşısında çıxış edib. Həftə boyu istedadlarını nümayiş etdirən iştirakçılar arasından “yaxşıların yaxşısı” seçilib. 

Xatırladaq ki,  xalq artisti Faiq Ağayev, əməkdar artist Elza Seyidcahanın və Zaur Baxşəliyev münsif heyətində oturub. “Tanıdım səni - 2” layihəsi 2012-ci ilin aprel ayının 7-dən  başlayıb. Artıq 2 ildir  hər həftənin cümə günü, “Azad Azərbaycan” telekanalında  “Tanıdım səni” layihəsi yayımlanır.

 

# 6371

Oxşar yazılar