«Cavana gedən kötək, qocaya gedən böyrək yeyər»-deyiblər. Ancaq tanınmış 83 yaşlı milyader Corc Sorosun 30 yaşlı sevgilisi Adriana Ferreyr başqa düstur «kəşf edib».
Lent.az-ın «Qolos Rossii»-yə istinadən məlumatına görə, İngiltərədə çıxan «Daily Mail» yazıb ki, gənc məşuqəsi yaşlı məşuqunun başını yarıb.
Məsələ ilə bağlı məhkəmə qalmaqalı başlayıb.
«Sabun operaların» «ulduzu» kimi tanınan Adriana Ferreyr Corc Sorosla bağlı iddia qaldırıb. O, Sorosdan dəyəri 1,9 milyon dollar olan Manhettendəki mənzili tələb edib. Bundan başqa «ulduz» ona dəyən mənəvi zərbəyə görə milyarderdən 50 milyon dollarlıq kompensasiya istəyir. Ferreyrin sözlərinə əsasən, C.Soros ona mənzil almağı boyun olsa da, sözünün üstündə durmayıb.
Məlumatda bildirilib ki, Soros aktrisa ilə bir ildir ayrılıb. Onların birgə həyatı 5 il sürüb. 2013-cü ildə maliyyəçi Tamiko Boltonla evlənib. İddiaçı hesab edir ki, məhz Ferreyrə boyun olunan mənzili Soros təzə arvadına verib.
Qalmaqal məhkəmə prosesi zamanı baş verib. Adriana özündən çıxaraq, Sorosu təhqir edib. Sonra onun üzərinə hücum çəkərək, başına vurub. Maliyyəçinin vəkili ona Mane olmaq istəyərkən, aktrisanın silləsinə tuş gəlib.