800 min illik ayaq izləri
08 fevral 2014 06:48 (UTC +04:00)

800 min illik ayaq izləri

Britaniyalı arxeoloqlar 800 min il öncədən qalan ayaq izləri aşkarlayıblar.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bu izlər  Britaniyanın Norfolk qraflığında Hapisberq yaşayış məntəqəsi  yaxınlığında tapılıb.

 

Alimlər bildirib ki, bu bir qrupun ayaq izidir və dəstə azı bir kişi, bir neçə qadın və uşaqlardan ibarətdir. «Bu insanların  boyu bizimkinə uyğun olub, dik yeriyiblər» - deyə, araşdırmaçılardan biri söyləyib.

 

 

Xəbəri yayan «Qardian» qəzeti qeyd edib ki, dünyada ən qədim ayaq izlərinin yaşı 3,5 milyon və 1,6 milyon ildir. Onlar da uyğun olaraq, Afrikanın Tanzaniya və Keniya dövlətləri ərazisində aşkarlanıb.

 

Qazıntı işləri Britaniya muzeyi, Sent-Faqans Milli Tarixi muzeyi və London Universiteti yanındı Kral Marii kollecinin əməkdaşları tərəfindən aparılıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1179
avatar

Oxşar yazılar