120 pişiyi yemləmək üçün azından 32 dəfə soyğunçuluq etməkdə şübhəli bilinən Yaponiya vətəndaşı saxlanılıb.
Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, bu 48 yaşlı işsiz yapon Mamora Demidzudur. Mənbə bildirib ki, onun oğurluğu ərzağın ümumi dəyəri 185 min dollara bərabərdir.
O, yemi öz evindəki pişiklərə, eləcə də ətrafdakı yiyəsiz pişiklərə verib. Demidzu pişikləri adi konservləşdirilmiş yemələrlə, deyil təzə balıq və toyuqla yemləyib. Hər gün o, bu heyvanlara 250 dollar xərcləyib.
Hüquq-mühafizə orqanlarına o, suçunu etiraf edərək, pişiklərin boynunu sığallayanda özünü xoşbəxt hiss etdiyini söyləyib.