Müalicə olunmaq üçün ailəsi ilə birgə Moskvaya yollanan müğənni Xatirə İslam pulsuzluqdan gileylənib.
Lent.az-ın məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədəki səhifəsində yazıb:
“Gedək doğma vətənimizə, yurdumuza, evimizə, eşiyimizə. Bu ruslar cibimizdə pul qoymadı. Camaat Rusiyada pul qazanıb Bakıya aparır, bizdə isə tərsinə oldu”.
Daha sonra anası ilə şəklini paylaşan Xatirə “Moskvada son günlərimiz”, - şərhini qeyd edib.