Xalq artisti Brilliant Dadaşova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
Lent.az xəbər verir ki, o, "Instagram" hesabında şagirdin məktəbdə sinif yoldaşını döyməsi ilə bağlı qalmaqallı məsələyə münasibət bildirib.
İfaçı paylaşımında bu sözləri yazıb:
"Vicdansızlıq etməyin, şeytana qoşulub Allahın əleyhinə getməyin! Güclünün "adamı" var deyə, fağırı incitməyin!
Ay "iki uşaq vuruşub" deyənlər, guya bilmirsiniz ki, vuruşarkən iki tərəfin vurması şərtdir? Guya bilmirsiniz ki, tək tərəf zərbə endirirsə, bu, cinayətdir?
Təbiətin qarşısında biz qarışqayıq, heç olmazsa, öz vicdanınız qarşısında qarışqa olmayın. Haqqı nahaqqa möhtac qoymayın".
Qeyd edək ki, şagirdlərin davası ilə bağlı məsələni sosial şəbəkələrdə az sayda məşhur simalar reaksiya verib.