Xalq artisti Zülfiyyə Xanbabayeva son zamanlar çox kilo atması ilə diqqət çəkib.
Lent.az-ın xəbərinə görə, həmişə qara libaslara üstünlük verən Xalq artisti ağ rəngli geyimlə fotosunu paylaşıb.
İmicini dəyişən müğənni saçlarını qısa kəsdirib və rəngini tündləşdirib. İzləyicilər yeni imicdə onu tanıya bilmədiklərini yazıblar.