Koronavirusa yoluxan Xalq artisti Eldost Bayramdan xəbər var.
Lent.az-ın məlumatına görə, məşhur diktorun vəziyyəti normallaşıb. Bu barədə məşhur diktorun xanımı Minarə Bayramova "Elgizlə izlə" verilişində deyib.
O bildirib ki, həyat yoldaşı 15 gündür xəstəxanadadır:
"Bütün xəstəxana kollektivinə təşəkkür edirəm. Onu yüksək səviyyədə müalicə edirlər. Artıq sağalır. Lakin çox zəifdir. Hələ ki reanimasiya şöbəsində yatır. Peyvənd vurdurmamışdı, çünki səhhətində problem var idi. Buna görə qorxurdu".