"Oğlumu itirməyimdən danışanda utanıram, danışmaq istəmirəm. Çünki daha acısını şəhid anaları yaşayıb. İlk gündən dedim ki, heç bir şəhid anasından artıq deyiləm. Onlar şəhid anası, mən isə sənətkar ana. Bundan sonra Əlinin mənə dediyi nəsihətlərə əməl edim".
Lent.az xəbər verir ki, bu fikirləri Xalq artisti Nazpəri Dostəliyeva "Günün sədası" verilişində deyib. İfaçı oğlunun son nəfəsində ona dediyi sözlərdən danışıb:
"Son nəfəsində mənə üç söz dedi. Çarpayıda əyləşmişdim, başını qucağıma aldım. Dedi ki, ana, haqqını halal elə. Sən güclü qadınsan. Səni sevənlərin gözünü yolda qoyma. Sənətini atma".
Ətraflı videoda: