Xalq artisti geyimindən danışdı: "Zəngin görünüm..."
05 yanvar 2022 11:17 (UTC +04:00)

Xalq artisti geyimindən danışdı: "Zəngin görünüm..."

Xalq artisti Məleykə Əsədova geyimlərindən danışıb.

Lent.az-ın məlumatına görə, aktrisa "Qonağım ol" verilişində deyib: 
"İnsan nə geyinirsə geyinsin, öz bədən ölçülərinə uyğun geyinməli, yaraşmalı və onu daşımalıdır. Baxırsan, kök xanımdır, dar geyinir. Ona yaraşmır, daha uyğun geyinsin. Köklük, bədənin ölçüsünün doğru olmamağı eyib deyil. Ən əsası bədən ölçülərinə uyğun geyinməkdir. Ucuz geyinə bilərsən, bahalı görünə bilər. Bahalı geyinərsən, heç əynində görünməyə bilər. Ən əsas paltarı daşımaqdır və bədən ölçülərinə uyğun geyinməkdir.

Aktrisayam, dünyanın hansı ölkəsinə gedirəmsə gedim, bəzəksiz olsam da aktrisa, müğənni model deyirlər. Bu da mənim şarmımdan irəli gəlir. Qoy elə varlığım belə olsun, zəngin görünüm".
 

# 4269
avatar

Yalçın UĞUR

Oxşar yazılar