Xalq artisti Mələkxanım Əyyubova Cəbrayıl rayonunda olub.
Lent.az-ın məlumatına görə, ifaçı Xudafərin körpüsündə çəkilmiş şəkillərini sosial şəbəkədəki səhifəsində paylaşıb:
"Bu gün mənim üçün çox yaddaqalan oldu. İllərdir həsrətində olduğum Xudafərini Allah mənə görməyi nəsib etdi. Bu torpaq uğrunda canlarını fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyirəm! Qazilərimizə tezliklə sağlamlıqlarını bərpa etmələrini arzu edirəm".