Tünzalə Ağayeva yeni klip çəkdirib.
Lent.az-ın məlumatına görə, klipin çəkilişləri Dubayda baş tutub.
O, “Instagram” hesabındakı paylaşımında yazıb: “Bu xalq mahnımızı həmişə sevmişəm. Şadam ki, bu gün xalq mahnılarımızı yenidən gündəmə gətirirəm”.
Həmişə özünəməxsus improvizələr edən Tünzalə xanım “Üç gündən bir, beş gündən bir” adlı xalq mahnısına uzaq şərq ellərində yeni nəfəs verib.
Həmin klipi təqdim edirik: