Müğənni Vəfa Şərifova həmkarı Afət Fərmanqızını məhkəməyə verib.
Lent.az-ın xəbərinə görə, bu xəbəri müğənni özü efirdə verib.
"Afəti məhkəməyə vermişəm. Bu mövzu haqqında çox danışmaq istəmirəm. İş məhkəmədədir. Ailəmə və mənim şəxsiyyətimə söyüş, təhqir olub. O dövrdə belə məhkəməyə müraciət etmədim. İndi görün hanı həddə gəlmişəm ki, məhkəməyə müraciət etmişəm", - o deyib.
Afət efirə telefonla qoşularaq Vəfanın onu məhkəməyə verməsində heç bir porblem görmədiyini vurğulayıb:
"Lap gözəl. Onun ustadı güclüdür. 60 yaşlı biridir. O qadının əli ilə yenidən bu məsələni açdı. Artıq hüququşünas olmuşam. Qanuna görə cəzası cərimədir. Əgər təhqir varsa, sübutu yetirilərsə, problem yoxdur".