Əməkdar artist Vasif Məhərrənli uzun müddətdir efirlərə çıxmamasının səbəbini açıqlayıb.
Lent.az-ın məlumatına görə, ifaçı "ATV maqazin onlarla" verilişində bildirib ki, bu yaxınlarda doğmasını itirib:
"Pandemiyada çox yaxın qohumlarımdan dünyasını dəyişənlər oldu. Dayım oğlu, bibimoğlu vəfat etdi. Cavan, 47 yaşında dünyasını dəyişdi, virusdan getdi. Onun ölümü məni çox sarsıtdı. Ona görə də indi kənara çəkilmişəm".