Müğənni Üzeyir Mehdizadə onun mahnılarını oğurlayan müğənnilərə qarşı çıxış edib.
Lent.az xəbər verir ki, o öz sosial şəbəkə hesabında yeni mahnılarını reklam edən kimi başqalarının oğurlayıb popuri oxunmasından gileylənib.
“Hər kəs həddini bilməlidir. Həddi aşmasınlar! Köhnə mahnılarımdan istifadəyə bir söz demirəm. Yenilərə toxunmasınlar”, - o qeyd edib.