Uğursuz əməliyyatın   qurbanı oldum - Rühəngiz Allahverdiyeva
31 iyul 2023 10:53 (UTC +04:00)

Uğursuz əməliyyatın qurbanı oldum - Rühəngiz Allahverdiyeva

6

“Üzümdə estetik prosedur etdirdim. Təəssüf ki, həkimin etdiyi iş çox uğursuz alındı. Həkimə əməliyyatın səhv olduğunu deyəndə, boynuna almadı. Çox səhv bir əməliyyat etdi, bacarmadığı bir iş gördü”.

Lent.az-ın xəbərinə görə, bu sözləri Əməkdar artist Rühəngiz Allahverdiyeva səsləndirib.

O, üzünə botoks vurdurduğunu və bunun fəsad törətdiyini, hələ də o iynənin acı nəticələrinin qaldığını deyib.

“İnsan həyatı və gözəlliyi ilə oynayırsız. Həyatımda bir dəfə üzümə botoks vurdurdum. Onu da mənə məcbur etdilər. Amma çox peşman oldum”, - deyən Əməkdar artist başqa estetik əməliyyatlar etdirmədiyini iddia etsə də, dodağında dolğu olması hiss olunur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
6
# 17844

Oxşar yazılar