Türkiyədə "Gelsin Hayat Bildiği Gibi" serialındakı "Songül Acarerk" obrazı ilə tanınan məşhur aktrisa Devrim Özkan səhhətində yaranan problem səbəbi ilə əməliyyat olunub.
Lent.az xəbər verir ki, bu barədə 26 yaşlı sənətçi sosial şəbəkə hesabında paylaşım edib.
O, xəstəxana palatasından çəkilmiş fotosunu yayımlayaraq pərəstişkarlarını narahat olmamağa çağırıb:
"Hər şey yaxşıdır, dostlar. Bu gün kiçik bir əməliyyat keçirdim. İnşallah, tezliklə sağlığıma qovuşacağam. Dəstək olan hər kəsə təşəkkür edirəm".
Gənc yaşına baxmayaraq peşəkar karyerası ilə diqqət çəkən Devrim Özkan aktrisalıq fəaliyyətinə "Rüya" serialı ilə başlayıb. Ardınca "Vatanım Sensin" və "Mevlana Celaleddini Rumi" kimi tarixi layihələrdə rol alıb. "Ramo" və "Vuslat" serialları isə onun yaradıcılığında əhəmiyyətli mərhələ olub. Geniş populyarlığı ona "Gelsin Hayat Bildiği Gibi" serialındakı performansı qazandırıb.
Pərəstişkarları aktrisaya tezliklə sağalmağı arzulayıb.