"Test imtahanlarında fəlakətlər baş verir. Valideyn övladını "Sən niyə 400-500 bal yığmadın" deyə incidir".
Lent.az xəbər verir ki, bu sözləri xalq artisti Tünzalə Ağayeva sosial şəbəkə hesabında paylaşıb.
O, video çəkərək valideynlərə övladlarını imtahanda topladığı pala görə incitməməyə çağırıb:
"Uşağın canından əl çəkin! Heç soruşursunuz ki, uşağınız özünü necə hiss edir? Gecə-gündüz müəllim yanlarında ölürdü o uşaq.
Bəli, çalışmalıdır. Təhsil arxasınca getmək lazımdır. Amma uşaq az bal toplayıbsa, gedib özünü asmalıdır? Biz uşaqların üzərinə getməməliyik".